XALQ NİYƏ ETİRAZ ETMİR?

Bizlər həmişə deyirik ki, ölkəmizdə ədalətsizlik, rüşvət, talan, öz başınalıq olmaqlademokratiya, insan haqları, azadlıq yoxdur. Biz xalq olaraq bütün bunları bilirik. Bilməmiz də çox normaldır çünki bizlər mars da yox həmin bu ölkədə yaşayırıq. Onda hamımız bu problemləri bilir və bu vəziyyətdən narazıyıqsa nəyə görə bu problemlərə qarşı mübarizə aparmırıq? Daha düzgününü desək xalq olaraq nəyə görə etiraz etmirik? Üstündə düşünülməsi lazım olan sual da budur. Öz içimizdə bu sualı bir neçə dəfə təkrar edək. Öz-özümüzdən soruşun ki “Xalq olaraq vəziyyəti bilir və bundan narazıyıqsa nəyə görə etiraz etmirik?”

Əgər insanlar ölkəsindəki çox şeydən narazı isə onda biz o koşul ölkəsindəki hakimiyyətə qarşıdır deyə bilərik. Bəs bu xalq  haklar ölkənin hakimiyyətinə qarşı isə və ölkədə müxalifət “Mən burdayam” deyirsə onda bu insanlar nəyə görə gedib o müxalifət ilə birləşmir? Artıq ikinci sual meydana çıxır. Nəyə görə bizlər müxalifət partiyalarına müraciət etmirik?  

Birinci sualımız bu oldu ki, biz xalq olaraq vəziyyəti bilir və bundan narazıyıqsa nəyə görə etiraz etmirik? İkinci sual isə bizlər hakimiyyətə qarşıyıqsa nəyə görə müxalifət partiyaları müraciət etmirik?

Gəlin ikinci sualdan başlayaq və bu sualı daha da sadə hala gətirərək yazımıza davam edək. Təsəvvür edin ki, ucqar Bir kənddə 3-4 həkim var və bu kənd sakinləri həkimlərdən birinin yanına gedib şikayətlərini sadalayanda həkim onlara “Sən yalan danışırsan, sənin heç bir problemin yoxdur” deyir. Diğer  həkimlərin yanına gedib məsələn “Mənim başım ağrıyır, mədəm bulanır” deyəndə bu həkim də pəncərəni açıb “Ay millət bu adamın başı ağrıyır, mədəsi bulanır” deyə qışqırmaya başlayır. İndi bir sual vermək istəyirəm. Siz bu kəndin bir sakini olsa idiniz bu həkimlərin yanına gedərdiniz mi? İçinizdən verdiyiniz cavabları eşidə bilirəm … Aydındırki burada “Sənin problemin yoxdur” deyən hakimiyyət digərləri isə müxalifətdir.

Adətən belə ölkələr də hakimiyyət etiraz edənə “Sən yalan danışırsan belə bir problem yoxdur” deyir. Müxalifət isə şikayətləri ancaq daha yüksək səslə öz tribunasından dilə gətirir. Lakin xalq problemin həllini istəyir. Onda aydın oldu ki, xalq ona görə müxalifətin yanına getmir ki onda probleminin həll yolu yoxdur. Hakimiyyət isə onsuz da hər hansı bir problemin yoxdur deməklə yanaşı elə problemlərin də səbəbkarıdır.

Birinci suala keçəcək olsaq hamımız tərəfindən bilinir ki, çox yaxın bir müddət əvvəl ölkəmizin tamamına yaxınında işıqlar getmişdi. Buna bağlı olaraq da elektrik işləyən birçox şey kimi metrolar da dayanmışdı. Təxminən hər metro stansiyanın qabağında demək olar ki, minlərlə insan var idi. Ancaq eyni problemlə qarşı-qarşıya olan insanlar bu vəziyyətlə bağlı etirazlarını  dilə gətirmədilər. Bir birinə yaxın 4-5 metro stansiyası ətrafında təxminən on minə qədər insan var idi amma bu on min insan bu vəziyyətlə bağlı kütləvi bir şəkildə  etiraz bilə etmədi. İnsanlar cismi olaraq bir aradaydı hətta onlar eyni problem ilə üz üzə idilər lakin etiraz etmədilər. Bunun altındakı cavab isə çox sadədir. Çünki oradakı insanlar təşkilatlanmış deyildilər. Əgər bu insanlar təşkilatlanmış olsa idi təbi ki, bu vəziyyətə etiraz etmək üçün bir başa Prezident Aparatının qabağında toplanıb etiraz aksiyası keçirərdi.    

Dr. Üç Nöqtə