2018-Cİ İLİN HESABATI

-Bu il (2018) Oyan üçün bir başlanğıc idi

-Biz hələ başlanğıc üçün nələr edə biləciyimizi göstərdik

– Biz Oyan olaraq şikayət etmənin bir şey dəyişmədiyin, müxalifətin dəyişməsinin vacib olduğunu göstərdik

– Xalq bu hakimiyyətin nə olduğunu yaxşı bilir. Bunun üçün biz müxalifətin hakimiyyətin ifşasını bir kənara buraxdırıb xalqı siyasətə qoşulması üçün  çalışmasını bacardıq. Bir çox siyasi aktivislərin fərqli yollara əl atmasını bacardıq

– Şəxslər əvvəlcə öz içində, zehnində dəyişiklik etməlidir

– Azərbaycan da sistemdən meydana gələn problemi vətəndaşların məsələn Rusiyada bazarda işləməklə fərdi müstəvi də həll etməyə çalışması bizi bu yerə gətirdi

– Müxalifət əvvəlcə öz içində demokratiyanı yaratmalı, monopoliyaya son qoymalı ondan sonra xalqa “Bax biz öz içimizdə necə isə xalqa qarşı da elə olacağıq” mesajını verməlidir

– Azərbaycanda müxalifət xalqa qarşı tam səmimi olmalıdır

– Azərbaycan da müxalifət partiyaların bir neçəsi xarici ideologiyası nə aktivisləri bir kənəra qoyaq heç  internet səhifəsi də yoxdur

– Artıq bu il Oyan daxilində məclis yaradılacaq. Məclis konsulların aylıq fəaliyyəti barəsində hesabat istəyəcək

– Web səhifəsini dəyişirik və yeni səhifəmiz https://oyanherekati.org olacaq.  Bu səhifə də həm konsulların həm də hümmət də olanların blok yazılarını görə biləcəklər. Youtube kanalımız (https://www.youtube.com/channel/UCVy2iEdvP7Y86KbL9xAVMOA/featured) yenidən dizayn etik ki, demək olar ki artıq hazırdır.

– Artıq   yeni ildə Mən də Varam aksiyası tamamilə Oyanın daxilinə keçəcək. İllik hesabat olacaq. Online ödəmə sistemi gətirəcəyik ki bu daha da şəffaf olacaq

– Biz Oyan olaraq əsasən də siyasi məhbus ailələrinə Virtual tibbi xidmət veririk ki, bununla da bu ailələrin daha az maliyyət ilə müalicə olmasına nail oluruq

– Oyan Hərəkatı bu bu günə qədər gördüyü heç bir işi hər hansı bir təşkilatdan tək bir qəpik dahi almadan edip

– Biz Oyan Hərəkatı olaraq 2019-cu il də dövlət idarə etmə mexanizmini açıqlayarıq. Bununla da insanlardan qeyri-müəyyənliyi aradan qaldıraraq onlara bu hakimiyyət getdikdən sonra hansı sistemlə ölkə idarə ediləcək göstərəcəyik

– Biz digərlərindən fərqli olaraq biz xalqın tələblərini diqqətə alaraq dəyişiklər elədik. Məsələn tələbə uyqun olaraq qeydiyyat da e- mail ilə məcburiyyətini qaldırdıq, daha gözəl təbliğat aparasınız deyə Oyan Akademiyasını yaratdıq, siz bizi daha peşəkar göstərə biləsiniz deyə Oyan Hərəkatının səhifəsini dəyişdik, siz daha rahat mübarizə aparasınız deyə, tək olmadığın görəsiz  deyə qum saatı aksiyasını təqdim etik, siz həbs olacağınız təqdirdə  sizin ailəniz əziyyət çəkməsin deyə biz siyasi məhbus ailələrinə dəstək aksiyasını təqdim etik. Bütün bunları biz sizin üçün edirik. Sizə xidmət etmək üçün.

– Oyan Hərəkatının liderləri məhz sizsiniz