SUVERENLİK NƏDİR?

– Oyan Hərəkatı olaraq biz bu yayımı Mehman Hüseynovun azadlığı üçün həsir edirik

– Suverenlik bir dövlətə, bir hakimiyyətə sorğusuz mütləq hakimiyyəti həyata keçirə bilən, gücə söykənən siyasəti həyata keçirə bilən bir xüsusiyyətdir.  Suverenlik məcbur edici gücə sahib olmaq, bir dövlətin mütləq hakimiyyətə sahib olması və bunun üçün lazım olduqda gücə baş vurmaq deməkdir.

– Ən vacib sual odur ki, suverenliyin mənbəyi nə olmalıdır?

– XV əsrə qədər milli dövlətlər yaranmasında əvvəl suverenliyin əsas mənbəyi Allahdan gəlirdi. Yəni krallar, imperatorlar, kilsələr Allahın yerdəki təmsilçiləri olaraq qəbul edilirdi və onların qoyduqları qanunlar qəbul edilirdi

– XV əsirdən sonra milli dövlətlər yaranandan sonra artıq qanunların Allah tərəfindən yerdəki təmsilçiləri olan krallar, imperatorlara göndərilmir. Krallar və imperatorlar bir başa qanunlar qoyurdu. Yəni mütləq hakimiyyət tam mənası ilə krallara, imperatorlara keçdi.

– Daha sonra Jean- Jacques Rouseau meydana çıxdı və dedi ki: İdarə etmədə suverenlik idarə olunanlara aiddir.  Yəni idarə etmədə suverenlik, dövlətin suverenliyi, hakimiyyətin suverenliyi onun idarə etdiyi insanlara aid olmalıdır.

– Əgər Azərbaycanda suverenliyin mənbəyi xalq isə bunun sənədi də konstitusiyadır

– Azərbaycan konstitusiyası sadəcə kağız parçasından ibarətdir çünki İlham Əliyev suverenliyin mənbəyi olan xalqın əlindəki sənədi yəni konstitusiyanı məhv edir. Ona görə ki, buna biz imkan veririk

– Biz bu sənədə sahib çırmadığımız üçün Mehman Hüseynov aclıq aksiyası edir

–  Başımıza nə gəlirsə bizim konstitusiyamıza sahib çırmadığımız üçün gəlir. Səbəb sənədimizə sahib çırmamamız. İlham Əliyev isə bu səbəbin nəticədir.  

– Bu gün Azərbaycanda İlham Əliyevin suverenliyin mənbəyi onun öz istəkləridir

– Biz xalq olaraq yalnız və yalnız təşkilatlanma yolu ilə sənədimizə, konstitusiyamıza sahib çıxa bilərik