RAYONLARDAKİ VƏZİYYƏTDƏN XƏBƏRİMİZ VAR MI?

Elə düşünürəm ki hamıya aydındır ki, adətən rayonların kiçicik bir mərkəzi xaric geri qalan hissəsi kəndlərdən ibarətdir.  Rayon mərkəzinin sakinlərinin əsas hissəsi məmurlardır və onlar da təbii olaraq məmurluqdan gələn maaşla dolanırlar. Kənd sakinlərinin də aydındır ki, böyük hissəsi təsərrüfat ilə məşğul olur Yəni bu məmurları çıxdıqdan sonra deyə bilərik ki, rayon sakinlərinin böyük bir hissəsi müstəqil bir şəkildə təsərrüfat və s. kimi öz müstəqil işləri ilə məşğuldurlar. Yəni bu insanların məmurlardan kimi işdən çıxarılma deyə bir qorxuları olmur. Ancaq məmurlardan fərqli olaraq da evlərinə girən sabit bir maaşa sahib deyillər. Bu da ciddi iqtisadi problem olan da əsasən də təsərrüfat ilə məşğul olan bu insanlara ciddi zərər dəyir.

İlk devalvasiyadan sonra gedərək artan iqtisadi problem bu günlərdə artıq pik nöqtəyə çatmışdır. Rayonlar da iqtisadi vəziyyət çox ağırdır və əsasən rayonların mərkəzlərində yaşayan məmurlar xaric insanlar evinə çörək pulu bilə apara bilmirlər. Keçmişdə ucuz da olsa ən azından əldə etdikləri məhsulları satır və onları qıt qənaət idarə edəcək çörək pulu qazanırdılar. Lakin təsəvvür edin ki, vəziyyət o həddən gəlib çatıb ki keçən il borcla əkib becərdikləri məhsulu sahələrdən bilə çıxarda bilmədilər. Yuxarıda da qeyd etdiyim kimi bu insanlar öz işləri ilə məşğul olduğu və hər hansı bir etiraz sonrası işdən çıxarılma qorxuları olmadığı üçün çox daha rahat tənqid gətirə bilmə ehtimalları daha yüksəkdir ki, artıq indiki vəziyyət də onsuz da itirəcək heç bir şeyləri qalmayıb. Aydındır ki, ən təhlükəli kütlə elə itirəcək heç bir şeyi qalmayan kütlədir. Çünki bu kütlənin gözü qara olur və hazırda rayonlar da vəziyyət bu yerə gəlib çatıbdır. Əlavə olaraq rayonlarda insanlara qorxu salacaq nə böyük binalar nə də ki, onlarda xof yaradacaq dövlətin güclü strukturları yoxdur.  Onu da qeyd etmək istəyərdim ki, 19 yanvar da keçirilən mitinqə gələnlər arasına bir sorğu keçirilmiş olsa bəlkə də mitinqə gələnlərin əksəriyyəti artıq yaşamağın mümkün olmadığı kəndlərdən evinə çörək pulu aparmaq üçün Bakıya gələnlər ola bilər. Təbii ki, bu bir ön düşüncədir ancaq elə düşünürəm ki, bu haqda bir sorğu keçirilsə çox yaxşı olardı.

Rayonların dövlət orqanları bu narazı kütləni nə qədər etsələr də sakitləşdirə bilmirlər və araya kəndlərdə yaşayan ağsaqqalları soxurlar. Çünki rayonlarda adətən insanlar bir birini tanıyır və ağsaqqal deyilən insanların sözü keçir. Yəni vəziyyət o yerə qədər gəlib çatıb ki, dövlət orqanları insanları sakitləşdirə bilmir və məcburən araya ağsaqqalları soxur. Yeri gəlmişkən onu da qeyd etmək istəyərdim ki, diqqət edərsəniz rayonlarda icra hakimiyyətlərinin başına həmin rayonun sakinləri içindən deyil adətən başqa regiondan biri gətirilir. Keçmişdə imperiallar bir yeri işğal edəndə işğal etdiyi yerin başına adətən oranın az sayılı xalqları içindən heç bir nüfuza sahib olmayan birini seçərmiş ki, hökmdar oradan ayrıldıqdan sonra işğal etdiyi bölgənin başına təyin elədiyi şəxs ona qarşı gələ bilməsin və tam olaraq ondan asılı vəziyyətdə olsun. Hakimiyyət də icra hakimiyyətlərin başına bu səbəbdən həmin rayonun sakinləri içindən birini seçmir. Bu səbəbdən ötrü icra hakimiyyəti başçıları xalq arasında heç bir nüfuza sahib deyillər və artıq dərəcədə narazı olan xalq tərəfindən diqqətə alınmırlar.

Azərbaycan da adətən bütün ölkələr də olduğu ki, rayonlar da insanlara qorxu salacaq dövlətin böyük binaları, hakimiyyətin güclü strukturları olmadığı kimi buralarda işləyən dövlət məmurları da adətən bir qədər böyük miqyaslı məsələləri nə həll edə nə ki idarə edə biləcək bilik və qabiliyyətə sahib deyildirlər. Bəli, rayonlar da hakimiyyətin özü çox zəifdir ancaq  məsələnin əsas canalıcı nöqtəsi orasıdır ki müxalifət partiyaların təşkilatlarının əsas hissəsi hətta deyə bilərik ki, bütövü Bakıda olduğu kimi müstəqil media orqanlarının da rayonlar da təəssüf ki jurnalistləri yoxdur. Bunun üçün də bizlərin rayonlarda olan hadisələrdən xəbərimiz olmur və bütün diqqətimizi Bakıya cəmləşir.

Müxalifət partiyaları, həqiqi mənada müstəqil QHT-lər və media orqanları mütləq şəkildə rayonlarda olan hadisələri yaxından izləməsi və burada cərəyan edən hadisələrə düzgün qiymət verməsi lazımdır. Əgər bu olmasa burada baş verə biləcək kütləvi bir hadisə tam mənası ilə anlaşıla bilmədiyi kimi buralarda müxalifət partiyaların, müstəqil QHT-lərin kadrları olmadığı üçün hadisələrə heç bir şəkildə nüfuz da edilə bilməyəcək. Bu isə kontrolsuz və kontrolsuz olacağı üçün xaotik bir vəziyyətə gətirib çıxaracaqdır. Xaotik bir vəziyyət də isə qazananlar həmişə eynidir! Bu səbəbdən ötrü müxalifət partiyaları, təşkilatları əgər varsa buradakı təşkilatlarını gücləndirtsin. Yox əgər hər hansı bir təşkilatlanması yox isə də sürətli bir şəkildə öz təşkilatlarını yaratsınlar. Öz təşkilatını yaratsın deyəndə 10-15 nəfərdən ibarət olub bunların da bir çoxunun sadəcə kağız üstündə olan təşkilat demirəm. Həqiqi bir məna da təşkilatdan bəhs   edirəm. Əksi təqdirdə səhər üçün çox gec olacaq. Bu arada onu da deyim ki, Oyan Hərəkatı bütün bunları nəzərə alaraq təşkilatlanma rayonlardan başlamalı və buradan hərəkətə keçmək lazımdır deyir.

Dr. Üç Nöqtə