Ölkədə Nələr Baş Verir? – Nahid CƏFƏROV və Toğrul İSAOĞLU

-REAL ilə AMİP arasında nə əlaqə var?

– Milli Şura mitinq keçirtmə qərarı verdikdən sonra artıq tamaşaçı roluna keçir. Çünki mexanizm belədir və mitinqin keçirilib keçirilməyəcək qərarını hakimiyyət verir.  (N. CƏFƏROV)

-Deyək ki hakimiyyət mitinqə icazə verdi. Onda top keçir xalqa. Xalq ya mitinqə gələcək ya gəlməyəcək. Əgər xalq gəlsə onda top Milli Şuraya keçir. Yenidən mitinq keçirək ya yox. Əgər keçirtmə qərarı alında onsa top yenə hakimiyyətə keçir. Bu ssenarini 19 Yanvar mitinqində gördük. (N. CƏFƏROV)

– Biz Oyan Hərəkatı olaraq Əli Kərimliyə deyil prosesə dəstək verdik (N. CƏFƏROV)

– Azərbaycan xalqına mitinq lazımdır amma böyük olmaqla Əliyev rejmini göndərəcək tək səfərlik lazımdır. Ancaq bundan da əvvəl Əliyev rejimi sonrası nə olacaq onu xalqımıza açıq şəkildə göstərməliyik. Xalq bunu açıq şəkildə görməlidir və bilməlidir ki hansı sistem də yaşayacaq. (T. İSAOĞLU)

– Klassik müxalifət bu rejimin qurduğu mexanizm içində həll olan məsələlər üçün mitinq təşkil etməsi həm dolaylı yoldan xalqa bu rejimin çalışdığını göstərirlər həm də buradan qazanılan kiçik qələbə ilə kontrolu itirirlər. Bu xalqı çaşdırar. (T. İSAOĞLU)

-Bu sistem ancaq beş-on nəfərin problemini həll etməyə qadirdir. Bütün xalqın problemlərini həll etməsi mümkün deyil. (T. İSAOĞLU)

-Biz xoşbəxt olmaq üçün mübarizə aparmalıyıq dəyişiklik üçün deyil. Xoşbəxt olmaq üçün də azadlıq və demokratiya lazımdır.  Azad və demokratik ölkə qurmaq üçün də bunun qarşısında duran amilləri yəni Əliyev və onun rejimini tarixə qovuşdurmalıyıq . (N. CƏFƏROV)

– Əgər siyasi mübarizəni “o agentdir, o hakimiyyətin adamıdır” və s. müstəvisində aparsalar onda xalq deyəcək ki “bundan mənə nə? Mən xoşbəxt olmaq istəyirəm və sən mənə necə xoşbəxt olacağımı başa sal” Bu siyasət deyil. Bu oyun bazılıqdır.  Azərbaycan xalqı ona görə meyxanaya maraq göstərir ki, orada müzakirə var, orada rəqabət var, orada diskussiya var. Biz siyasət də bu rəqabəti yarada bilmirik. Əgər yaratsaq xalq da siyasətlə maraqlanacaq. (N. CƏFƏROV)

-Azərbaycanı Suriyaya çevirmək istəyirlər deyə M.V-lərinə soruşmaq lazımdır bəlkə İ. Əliyev həqiqətən B. Əsadın yolunu gedir bəlkə Azərbaycanı Suriyaya çevirəcək böyük işsiz ordusu var. Əgər biz Suriya olmaq istəmirsək isə təhsildə ciddi reformlar etməmiz lazımdır. Təhsil güclü olmayan yerdə insanlar radikal dini qruplara gedir və məsələlərin, problemlərin həllini də ibtidai yolda görür. (T. İSAOĞLU)

– Azərbaycan da sosial partlayışın, xaosun qarşısını almaya çalışan yeganə qüvvə Oyan Hərəkatıdır. (N. CƏFƏROV)

– Biz müxalifət olaraq elə düşünürük ki, Siyavuş Novruzlu və onun kimilərdən ibarətdir. Ancaq bu belə deyil. Onlar qərar verici deyil. Onlar deyiləni edir. Onların işi də absurd bəyanatlar verməkdir. Biz bilməliyik ki, hakimiyyətin içində də yüksək səviyyə də savadlı kadrlar var və qərarları onlar verir. Əgər biz hakimiyyəti Siyavuş Novruzlu və onun kimilərdən ibarət bilib ona görə mübarizə aparsaq həmişə uduzacağıq. (N. CƏFƏROV)

-Biz strateqik hərəkət etməliyik. Eynən şahmat oyunun da olduğu kimi.  (T. İSAOĞLU)

– Hakimiyyət tam olaraq gücünü sərf edir ki, müxalifət özlərinin hazırlaşdığı mexanizm ilə hərəkət etsin. Onda biz onların mexanizmin sıradan çıxardacaq strateji ilə hərəkət etməliyik. Bax buna görə də Qum saatı hakimiyyətin mexanizmini sıradan çıxardan bir hərəkatdır.
(N. CƏFƏROV)

– Tankların qabağına çıxmaqla onları saxlamaq mümkün deyil. Ancaq tankların pəncərələri balaca olur. Əgər o tankların pəncərəsinə palçıq atsalar tankı idarə edən qabağını görməyəcək. Hakimiyyətin də mexanizmini sıradan çıxardacaq strateqik addımları var. Qum saatı bax bunun kimi strateqik hərəkətdir. (T. İSAOĞLU)

-İndiki müxalifətdə olan bir çoxları uğrunda mübarizə apardıqları dəyərləri özləri tapdalayır. Bəs iqtidara gəlsələr necə olacaq? Xalq da bunu görür və bu müxalifətə inanmır. Onda biz dəyərləri ucaltmalı, onları kim tapdalayır isə qarşısında durmalıyıq. İstər iqtidar istər müxalifət. Onda xalq bizə inanacaq.
(N. CƏFƏROV)