Şənbə Söhbəti: Kreditlər, seçki, təşkilatlanma və suallar

-Azərbaycanda siyasi mühit olmadığı üçün partiya olmanın nə əhəmiyyəti var? (Toğrul İSAOĞLU)

– REAL partiyası deyir ki, seçki ilə dəyişiklik olacaq. Əgər seçki ilə əlaqədar keçmişə görə gələcəkdə nəyi isə fərqli görürsənsə onda bir funksiya qurmalısan. Azərbaycanda klassik müxalifət Elçibəyin prezidentlik seçkisini çıxmaqla heç bir vaxt üç yüz min səsi keçməyib. Mənə maraqlıdır ki, REAL partiyası hansı parametrə ilə milyonlara çatacaq ki, Azərbaycan da azad media və şəffaf seçki sistemi yoxdur.  (Toğrul İSAOĞLU)

– Əgər Azərbaycanda şəffaf seçki keçirilirsə heç bir proqramı olmayan insan dahi İlham Əliyevdən çox səs toplayar. (Nahid CƏFƏROV)

– Hansı ölkələrdə ki, seçki qabağı nəticə müəyyən olursa həmin ölkələrdə insanların seçkiyə marağı çox aşağı səviyyədədir. Azərbaycanda seçki institutu sıradan çıxdığı üçün insanlar qabaqcadan seçkinin nəticəsini bilirlər.  (Nahid CƏFƏROV)

– Biz elə düşünürük ki, hakimiyyət bizdən ağılsızdır. Hakimiyyət axmaqları yığıb qabağa və biz elə düşünürük ki, hakimiyyət bunlardan ibarətdir. REAL deyir ki: Əgər hakimiyyət izin versə biz hamını səs verməyə çağırıb səsləri toplayacaq və səsləri qoruyacağıq. Bəs heç hakimiyyət sənin namizədliyini qeydə almasa sən nə edəcəksən? Məsələ mitinqlərə icazə verilmir. Namizədliyə də icazə verilməsə REAL partiyasının bununla bağlı mövqeyi nə olacaq? (Nahid CƏFƏROV)

-Hər rayonda ideologiya yox şəxslər ön plandadır. Biz bu yarışı da şəxsləri yox ideologiyanı ön plana çəkməliyik.  Azərbaycanda hakimiyyət seçkini amatör şəkildə saxtalaşdırır ki, insanların gözündən seçkini aşağı salsın. Hələ irəlidə bunu professional şəkildə etsə? (Toğrul İSAOĞLU)

– Oyan Hərəkatını digər partiya və təşkilatlar ilə müqayisə edin. Biz Oyan Hərəkatı olaraq 1-Azərbaycanda siyasi şurun inkişafı üçün, demokratik dövlətin nə demək olduğunu anlayaraq azad və demokratik dövlət qurma fikrini formalaşdırmaq üçün Oyan Akademiyası adı çərçivəsində təlimlər keçirik. 2- Biz gələcək Azərbaycanın vergi mexanizmin əsasını qoyuruq. Məhz siyasi məhbus ailələrinə dəstək aksiyası çərçivəsində si Oyan Hərəkatına vergi verirsiniz və Oyan Hərəkatı da bu pulu götürür ehtiyacı olan siyasi ailələrə verir. Azərbaycan siyasi tarixində ilk dəfədir ki, siyasətə birbaşa qarışmayan insanların iştirakı ilə 20 siyasi məhbus ailəsinə hər ay kömək edir. 3-  Oyan Hərəkatı ilə ilk dəfə Azərbaycanda xaricdə yaşayan həkimlərin iştirakı ilə siyasi məhbus ailələrinin üzləşdiyi tibbi problemlər aradan qaldırılır. Hər ay 4-5 siyasi məhbus ailəsinin qarşılaşdığı tibbi problemləri aradan qaldırılır. 4- Azərbaycanda kütləvi itaətsizlik aksiyalarına gedən, güvən yaradan və ən əsası da insanlar da siyasi proseslərə həvəs yaradan qum saatı aksiyasını başlamışıq. Burada artıq növbəti bir mərhələyə qədəm qoyur. 4- Biz Oyan Hərəkatı üzdə olan konsulları olaraq mən Nahid Cəfərov və Toğrul İsaoğlu Azərbaycanda ilk dəfə olaraq siyasi mübarizəni ideoloji müstəviyə çəkməyə çalışırıq. 5- Biz ilk dəfə olaraq Azərbaycanda siyasi çevrədə rəqabəti yaratdıq. 2015-ci ildə Oyan Hərəkatı meydana çıxandan bu tərəfə siyasi müstəvidəki rəqabəti keçmişlə müqayisə edin. İndi ölkədə keçmişə görə müqayisə də dəhşətli bir şəkildə rəqabət var. (Nahid CƏFƏROV)

– Seçki ilə Azərbaycanda dəyişiklik ola bilər mi?  1993 seçkilərində müxalifət seçkiləri boykot edərək seçkiyə getməmişdi. Heydər Əliyev bu seçkilər də 93-95 faiz ilə qalib oldu ki, bu da siyasət elmində bu çox absurd bir rəqəmdir.  1998 seçkilərində haqsız rəqabət, bir çox saxtakarlıq, bir çox şeyin səhv aparılması, media azadlığının yoxluğu kimi narazılıqlara görə klassik müxalifət yenə boykot edərək  seçkilərə getmədi.  Amma nə oldu AMİP-in başqanı Etibar Məmmədov  çıxdı ki, o dönəm də AMİP partiyasının səddir mavini İlqar Məmmədov idi bu seçkilərdə Etibar Məmmədov sayəsində 1993-dəki 93-95 faiz rəqəmi 1998-də 77 faizə endirə bildilər və beləliklə Heydər Əliyevin daha çox legitimliyi oldu.  Müxalifətin ən güclü və iqtidarın resurslarının bu günə nisbətən daha az olduğu 2003 seçimlərində qeydiyyata alınan seçici saysı 300.000 nəfər idi. Deyilə bilər ki, səslər oğurlandı, qarşı tərəfin səsi daha az idi amma ən güclü olduğumuz vaxtda da 300.000 eləmişik. 2013-cü il seçimlərində Cəmil bəyin namizədliyi olan da 200.000. Gəlin qəbul edək ki, bu qaydalar da biz bacara bilmirik. Çünki seçkilərin qaydaları əxlaqlı, ədalətli deyil. Bu mexanizm də yüz min dəfə də seçkiyə girsən qalib ayrılmayacaqsan. Bu məlumdur. Bu sistem ilə nəticə əvvəlcədən bəllidir.   Biz deyirik ki, ortaya sistemə qarşı sistem qoymalıyıq. Bizim tələbimiz növbədən kənar seçkilər olmamalı.  Bizim tələbimiz seçki sisteminin dəyişməsi olmalıdır. Əgər biz ən güclü vaxtımızda 300.000 seçici saysını keçə bilmirsəksə deməli oyunun qaydaları dəyişməlidir. Bu gün REAL iddia edirsə ki, seçki ilə dəyişiklik olacaq onda oyunun qaydalarını açıqlasın ki, bilək hansı qaydalar olacaq.  Bu gün AXCP dəyişiklik olsa ölkə dəyişiklik sonrası dövlət necə bir sistem ilə idarə ediləcəyini açıqlamırsa REAL da eyni şeyi edir. Onlar da seçkilər də necə udacağını açıqlamır. (Toğrul İSAOĞLU)

-REAL bizə belə bir mesaj verir ki, əslində İlham Əliyev hakimiyyəti avtoritar deyil və siz bu günə qədər bu hakimiyyəti düzgün başa düşmənisiniz. Məsələn imza toplayırsan və hakimiyyətdən bir şey istəyirsən hakimiyyət onu yerinə yetirir. Məsələn sən seçki ilə gəlmək istəyirsən hakimiyyət onu sənin üçün təşkil eləyəcək. Bəlkə də ola bilər ki, REAL da məlumat var ki,  hakimiyyət deyir ki: Mən həqiqətən də getmək istəyirəm və REAL bizi əvəzləsin. Əgər belə bir danışıqlar varsa və biz bunu bilmirsək isə tamamilə oyunun qaydaları, analizlər və hesablamalar dəyişir.   Əgər belə bir şey yox isə onda  ya REAL özünü aldadır ya da REAL milləti aldadır.  Bu gün Azərbaycanda mitinq niyə baş tutmursa seçki də o səbəblərə görə baş tutmur və tutmayacaq. REAL partiyasının açıqlamasına qarşı olaraq Oyan Hərəkatı olaraq biz deyirik ki, mərkəzi Azərbaycanda olan bir təşkilat deyirsə ki: Biz sizi qələbəyə aparacağıq onda ya Azərbaycanda avtoritar rejim yoxdur ya da bunu deyənlər özlərini aldadırlar.  Azərbaycanın daxilində otura-otura avtoritar bir rejimi dəyişmək mümkün deyil və bu günə qədər də tarixən belə bir şey mümkün olmayıb. Avtoritar rejimi dəyişən qüvvələr 100 % ya xaricə olurlar ya da ki xaricdən müdaxilələr olur. (Nahid CƏFƏROV)

– Ölkə daxilində REAL və ya klassik müxalifət  başqa bir şey edə bilməz. Ona görə REAL seçkidən yapışıb ki, ölkə daxilində gedilə biləcək başqa bir alternativ yol yoxdur. Məsələn REAL  bizim getdiyimiz yolu getsə onları yerlə yeksan edəcəklər.  Ya da ki Xalq Cəbhəsi Partiyası icazəsiz mitinqlərə getsin onları da yerlə yeksan edəcəklər. Ona görə də Azərbaycanda siyasi dəyişiklik etmək istəyən  qüvvə Azərbaycanın daxilində ola bilməz. Məsələn bu gün NİDA hərəkatı varmı? Yoxdur çünki NİDA hərəkatı ölkə daxilində cızıqdan kənara çıxdı və onu yerlə yeksan elədilər. Hakimiyyətin qoyduqları cızıq içində istədiyin qədər müxalifətçilik et. Məsələn icazə al mitinq et, icazə al imza yığ və hakimiyyətdən dəyişiklik üçün xahiş et və s.  Sual belədir ki, cızıqdan çıxmadan dəyişiklik etmək necə mümkündür? (Nahid CƏFƏROV)

– İnsanlar da inam yaratmaq üçün kiçik uğurlar vacibdir. Bəli, balaca uğurdan böyük uğra tərəf gedilməlidir amma balaca bir uğurdan böyük uğurlara gedən bir mexanizm olmalıdır və ən əsası bu mexanizm hakimiyyətin kontrolu altında olmamalıdır. Bu gün ki, şərait də seçki də imza toplamaq da mitinq də  belə bir mexanizm görmədiyimiz kimi seçki, mitinq, imza toplamaq tamamilə hakimiyyətin kontrolu altındadır.  Bəli, Ermənistanda müxalifət ilkin olaraq balaca uğurlar yanacaq, su, işıq qiymətlərinə qarşı getdi. Amma orada fərqli olaraq hakimiyyət təzyiq qarsıdında geri addım atmalı oldu. Biz də isə hər hansı bir təzyiq qarşısında geri addım atılmır. Biz də imza toplanır heç imza parlamentə getmədən kreditlər də güzəştə gedilir. Bu bir mənalı olaraq bir oyundur. Hakimiyyət də göstərir ki, mənə müxalifət etmək istəyirsəniz isə onda belə müxalifət edin. 19 Yanvar Mitinqi bir uğur idi ona görə uğur idi ki, qarşı da Mehman Hüseynova qarşı haqsız bir ittiham var idi və bu da mitinq ilə aradan götrüldü. Bəs sonra? Mitinqlər indi niyə keçirilə bilmir?  ( Nahid CƏFƏROV)

-Ermənistanda bunlardan əlavə olaraq Azərbaycandan fərqli olaraq pis də olsa  bir seçki vardı və müxalifət partiyaları seçkidə iştirak edir və yer qazanırdı. Məsələn İlham Əliyev Mehman Hüseynovu buraxmasa idi nə olacaqdı? Bu tamamilə kefi bir məsələdir. Biz hədəfimizi və tənqidimizi səhv seçirik. Məsələn Azərbaycanda vaxtından əvvəl seçkini tələb etmə yerinə seçki komissiyasında dəyişiklik tələb edilməli.  Problemin kökünü görmək gərək. Əgər prezidentin səlahiyyətlərinin azaldılması, parlament rejimlə idarə edilməsi barəsində bir milyon imza kampaniyası toplansa onda dəyişim və uğur olar. 40.000 imza bilə neçə aya və digər müxalifət partiyalarının dəstəyi ilə toplanıb. (Toğrul İSAOĞLU)

-Təşkilatlanma şəxsi deyil ideoloji zəmində olmalıdır. Əgər şəxsi zəmində olsa bu gün deyildiyi kimi deyəcəklər ki, niyə Əli Kərimlini tənqid edirsiz. Ideoloji zəminində rəqabət olsa onda kimsə kimsəni bir birlərini tənqid etdiyi üçün günahkar hesab etməyəcək. (Toğrul İSAOĞLU)

-Gürcüstan da Sakaşvili deyil sağçı ideya, Ermənistan da  Paşinyan deyil liberalizm qalib gəldi. Biz buradakı ideyaları görə bilmədiyimiz üçün elə bilirik ki, qalib gələn ideyalar deyil şəxslərdir. Biz kinolarda qəhrəmanı və qəhrəmanın gözəl əməlini görürük amma ideyanı görə bilmirik. Biz CCR deyərkən kominizmi, marksizmi deyil Stalin və Lenini görürük. Məsələn biz İlham Əliyevə qarşı Əli Kərimli və ya İlqar Məmmədovu düşünürük. Ortada ideologiya yoxdur. ( Nahid CƏFƏROV)