Acıqcası belə bir əfv fərmanı gözəmirdim lakin diqqət
edilsə görülər ki, əfvə düşən insanların çoxu çoxdandır həbs olanlardı və son
iki ildə həbs olunan siyasi məhbusların çoxu hələ də içəridədir. Bu isə o deməkdir
ki, hakimiyyət kimi siyasi mövqeyindən dolayı həbs atmış və cəza kəsmiş isə
onları haradasa cəza kəsdiyi müddət qədər içəridə tutdu. Bəlkə bu iki ildə həbs olanlar 28 may da azadlığa
çıxdı. Ancaq burada biz bundan sonra belə həbslərin olmasın deyə çalışmalıyıq. Bundan
sonra bizlər insanların mövqeyinə görə iş qura bilməmə ehtimalını tamamilə
aradan qaldıracaq addımlar atmalıyıq. Bunlar üçün reformlar etməliyik. (Toğrul
İSAOĞLU)
Biz artıq illərdir
ki, bu hakimiyyətin necə çalışdığını gördük. Hakimiyyət kim hakimiyyətin öz cızdığı
cızıqdan kənara çıxsa onu həbs edir. Beləliklə də hakimiyyətin cızdığı cızıqdan
kənara çıxdığı üçün həbsə düşən siyasi məhbus həbsdən sonra siyasətdən uzaqlaşır.
Bəs bu siyasi mübarizə nə qədər doğrudur? Biz bu siyasi mübarizə metodunu
sorqulamalıyıq. Təəssüflər olsun ki, bu mübarizə metodundan dolayı siyasətdən gedən insanları biz itiririk? Biz nə vaxta qədər
itirə-itirə gedəcəyik ki, bu səbəbdən dolayı siyasətdən gedən insanların yerinə
gələn yenilər gedənlər qədər güclü olmurlar. Rasional düşünən və kifayət qədər
intellektual olan insanlar “hər zaman
deyil çox zaman” risklərdən qaçır. Risk alan insanlar isə rasional deyil emosiyanla
düşünür. İndiki zamanda Azərbaycana rasional düşünən insanlar lazımdır. Rasional düşünən insanlar siyasətdən getdikcə
onların yerini qeyri-rasional düşünən
insanlar tutur və bu da siyasi mübarizənin özünün mahiyyətini dəyişir. (Nahid CƏFƏROV)
Bir REAL-çı mənə “Siz
Azərbaycanda olsanız necə mübarizə aparar və nə edərdiniz ?” deyə sual vermişdi.
(Nahid CƏFƏROV)
İqtisadi azadlığı
olmayan biri siyasi mübarizəyə necə qoşulacağı sual işarətidir. Yəni mənim siyasi
mövqeyimdən dolayı Azərbaycanda təməl ehtiyaclarımı qarşılayacaq iqtisadi azadlığım
yoxsa mən necə siyasi mübarizə verim? Əgər qarşılama ehtimalım olsa idi indi mən
Azərbaycanda yaşayardım. Bəs indi Azərbaycanda olan müxalifətçilər necə mübarizə
aparmalıdır? Məncə iqtisadı azadlıq çox önəmlidir. Çünki iqtisadi azadlığın
yoxsa daha əmin addımlar ata bilmirsəm.
Sən evində uşağına çörək pulu apara bilmirsən isə necə siyasi mübarizə
apara bilərsən? (Toğrul İSAOĞLU)
Keçdim siyasi təbliğat
aparması üçün partiyaların ofisinin olmaması vəziyyət o yerə gəlib çatıb ki, çayxanalar
da siyasi təbliğat aparırsan və sən çağırıb gəl bizə qoşul hər şey daha yaxşı
olacaq dediyin adamın heç çay pulunu bilə ödəyə bilmirsən. İndi bu vəziyyətdə çağırdığın
insan sənə necə baxar?
Əgər partiya rəhbərləri
vasitəsi ilə insanlar daha ağıllı və strateqik şəkildə siyasi proseslərə cəlb olunmalı.
Siyasi partiyalar mitinqlərdə
bağırdıqdan sonra şəklilər çəkilərək narazı, etirazcı kütləni deyil kifayət qədər
siyasi və ideoloji biliklərə sahib və təşkilatın ideologiyasını daşıyan
insanları siyasi mühacir olaraq xaricə göndərilməli. Bu xaricə göndərilənlər də Azərbaycandakı üzvlər
üçün siyasi və ideoloji arqumentlər istehsal edilməli və bu üzvlər qışqırmaq,
bağırmaq ilə deyil istehsdal edilən bu siyasi və ideoloji arqumentlər ilə xalqın
arasına çıxmalı idi. Ancaq bu gün Azərbaycan da xalqla partiyalar arasında körpü
rolunu oynayan siyasi aktivislərin 90
%-i xaricdədir. Bu insanlar xaric də nə edir? Bu insanların çoxu qara bazar da
işləyir, cəmiyyətə inteqrasiya ola bilmir və özlərini gəlişdirmirlər. Bu şəkildə gələnlərin çoxu xaricdə qazandıqları minimal pulla ki, bu Azərbaycan
üçün yaxşı puldur qayıdırlar Azərbaycana. Beləliklə də siyasi proseslərdən
uzaqlaşmış olurlar. Xaricdə qalanlar isə qeyri peşəkar şəkildə siyasi mübarizə
verirlər. Məsələn youtub, facebook da kanallar açıb ancaq Əliyevi pisləyir. Bunu
hamı bilir. Azərbaycanın ən ucqar rayonunda yaşayan insan da bilir ki Əliyev
pisdir. Bəs nə yaxşıdır və necə yaxşı olacaq sualını verəndə cavab yoxdur. (Nahid CƏFƏROV)
Məsələyə tarixi aspekt
də baxaq. 1990-larda kominiz rejimindən çıxmış bir Azərbaycan var idi. O vaxt belə bir hava yaratmaq istəyirdilər ki,
bütün Azərbaycan H. Əliyev ətrafında birləşib, H. Əliyevə qarşı etirazlar
yoxdur. Bunun kimi bir arqument var idi.
Beləliklə H. Əliyev mifi yaranmaya başladı və hər uğurun arxasında Heydər
Əliyev axtarılırdı. 2000-ci illərə gəldiyində bu mifə bir toxunulmazıq verildi.
Yəni Heydər Əliyev toxunulmazdı. Bu da xalqda qorxuya səbəb oldu. Çünki kim H.
Əliyev haqqında danışsa həbs edilirdi. Hətta ortadan itir, yox olurdu. 2003-ci
ilə gəldikdə isə biz böyük bir etiraz
kütləsi gördük. Ondan sonra isə 2005-2006-ci ələ qədər böyük bir səssizlik oldu.
Çünki insanlar qorxurdu. Bunun üçün də azadlığı olmayan insanların böyük qismi
Azərbaycandan köç etdi. Bu 2008-ci ilə qədər davam etdi. 2008-ci ildən sonra Azərbaycanda
bir varlanma yarandı və bu varlanma ilə bərabər insanlar daha azad olmaq istədi.
Bu da suallar yaratdı, tənqidlər gətirdi. Məsələn bu varlanmanı görən insanlar
mən niyə bundan bir pay almıram deyə etiraz etməyə başladı. 1990-lar da Azərbaycan
da iqtisadi vəziyyət çox ağır idi və dövləti idarə edən insanların pulu da çox
deyildi. Ancaq 2008-də bu varlanma ilə böyük etirazlar oldu. Məsələn taksi
sürücüləri etiraz etdi. 2010-cu illərə gəldiyində isə bu etirazlar rayonlara yayıldı. Quba hadisəsi,
Ismayıllı hadisəsi. Yəni insanlar artıq
özlərini ifadə edə bilməyə başlamışdı. Beləliklə buna qarşı da önləmlər alınmaya
başlandı. Günümüzdə isə artıq sosial medianın faydaları var və bundan istifadə
edirik. Artıq bu fayda ilə hamı etiraz edir. Yəni bu səviyyəyə qədər gəldik. Bəs
bundan sonra nə olmalıdır? Artıq çözümlər olmalıdır. Bir üst səviyyəyə keçməliyik.
Oyan Hərəkatı burada gətirdiyi çözüm mübarizənin şəxslər üzərində deyil ideoloji
zəmininə keçməsidir. Bizə İlham Əliyevin nə edib nə etmədiyi önəmli deyil. Bizə
prezident institutun nə etdiyi önəmlidir. Yəni prezident institutun ölkədə nələrə
səbəb olur. Niyə prezident əfv edir? Biz niyə ədaləti prezidentdən gözəməliyik?
Niyə məhkəmə sistemi olmamalı? Biz bu sualları vermək yerinə prezident institutunun
nəticələrinə etiraz edərək nəticənin dəyişməsini istəyirik. Amma problemlərin
kökü başqadır. Problemlərin kökü məhkəmə sistemi, prezident institutdur. (Toğrul İSAOĞLU)