Şənbə Söhbəti: ‘Mədə’niyyət, 8 Mart, Sual Cavab

-Prezident İlham Əliyevin davranışında dəyişikliklər varmı? Prezident mədəniyyət işçiləri ilə görüşdü. Belə bir sual meydana çıxır ki, prezidentin dəstəyi ilə mədəniyyət inkişaf edir mi? Əgər prezidentin dəstəyi ilə mədəniyyət inkişaf edirsə demək olar ki, o ölkədə mədəniyyət yoxdur. Ora gələnlər də mədəniyyət deyil “mədə”niyyət işçiləridir. Ona görə ki, onlar mədələrinin qurbanlarıdır. Burada o mədəniyyət işçiləri nəyin ki alçaldılıb kiçik bir çərçivəyə salırlar hətta onların əli ilə bütün cəmiyyət üçün yaltaqlığı institutlaşdırırlar.  (Nahid CƏFƏROV)

– Mədəniyyət və incəsənət niyə var? İncəsənət ona görə var ki, insanların hislərini, toplumda olan problemləri göstərsin.  Bəs prezident ilə görüşən mədəniyyət işçiləri kimlər idi? Bunların hər biri çox tanınmış olmaqla bərabər hamısı sovet vaxtı yetişmiş incəsənət xadimləridir. Bunlar sovet vaxtı ortaya çıxmış və sovet təbliğatı üçün bir araçı olublar. Onlarda elə bir yaradıcılıq yoxdur ki, sovet təbliğatını xaricində nə isə bir şey ifadə etsinlər. Yəni bunların yetişdirilmə tərzi həmişə bəlli bir təbliğatı, mexanizmin xalqa çatdırma olub.  Bəs bunlar nə vaxt məşhurlaşıb? Onların indiki yaşına görə geri getdiyimiz də görərik ki, 1969-lara gedib çıxırıq. 1969 bizim üçün nə ifadə edir? Heydər Əliyevin qanlı yol ilə hakimiyyətə gəlməsi. Yəni indiki var olan ictimai xadimlərin hamısı Heydər Əliyevin əsəridir. Məsələn Orada oturan Anar və Afaq Bəşir qızı Heydər Əliyevin əsəridir və ona görə də biz bunlardan çox şey gözləməli deyilik. (Toğrul İSAOĞLU)

– Düşünün ki, 10 əsgər kəndirlə bir birinə bağlıdır. Sual bundan ibarətdir ki, əsgərlərin sürəti nə qədər olacaq və sürəti kim bəlirləyəcək? Sürəti ən zəif olan kimdirsə bu sıranın sürətini o bəlirləyəcək. Bu gün Azərbaycan qadını cəmiyyət də elə bir hala gətirilib salınıb ki, cəmiyyətin sürətində həmən o qadın məhz sürəti ən zəif olandır. Qadının sürəti nə qədər zəif olarsa cəmiyyətin də inkişafı dayanır. Çünki savadsız qadın savadlı uşaq, savadlı vətəndaş yetişdirə bilmir. Azərbaycanda əslində yaxşı oğlan olmaqdan, yaxşı qız olmaqdan isə ən birinci yaxşı vətəndaş olmaq lazımdır. Bəs qadın niyə özü bunu uşağına öyrədə bilmir? Çünki özü də heç bunun fərqinə varmır. Məsələn mənim anam orta təhsillidir. Anam orta təhsilli olduğu üçün oradan da kənara çıxa bilmir. Mən siyasi proseslərə qatılanda ən böyük maneəni göstərən anam oldu. Və mən bilirəm ki, mən də belə isə bu bütün evlərdə belədir. Analar uşaqlarını bu yoldan ona görə çəkindirməyə çalışırlar ki, onların dünya görüşü buna imkan vermir. O əgər başa düşsə ki, ölkədəki siyasi rejim dəyişsə, ölkədə liberal cəmiyyət qurulsa, bazar fəaliyyətə başlasa onun bütün problemlərim həll olacaq, bütün arzularım həyata keçəcək, onun uşağım xoşbəxt yaşayacaq və o xoşbəxt bir həyat yaşayıb xoşbəxt bir dövlətin vətəndaşı olacaq. Bəs bu niyə bunu eləmir? Çünki o bunun fərqinə varmır.    

Əgər bir qadında bir qədər mübarizlik, yaxşılıq görsək onda biz onu dərhal kişi kimi qadın deyirik. Bir kişi də pis olan bir şey və ya qeyri adekvat bir şey görsək onu qadına bənzədib “arvad kimidir” deyirik.  Beləliklə qadın, bizi dünyaya gətirən anamız olur ikinci dərəcəli insan. Baxmayaraq ki, biz danışanda deyirik ki: Qadınlar bizim başımızın tacıdır və s. Qadınlar nə tacdır nə bəzəkdir nə də ki əşyadır. Qadınlar inandır. Feminizmi nə aryantasını  dəyişmək nə də əxlaqsızlıq deyil. Feminizm qadına insan kimi yanaşmaqdır. Qadın öz istəklərini özü həyata keçirməlidir. Qadın əgər hicab geyinmək istəyir isə hicab geyinəcək və s. Qadın öz qərarlarını özü verməlidir. Kim  buna qarşı çıxırsa qadına ikinci bir insan kimi yanaşır. (Nahid CƏFƏROV)

-İlham Əliyev də nə baş verir və o dəyişir mi? 2003-də İlham Əliyev hakimiyyətə gəldiyində heç Azərbaycan da yaşamırdı. İddia olunurdu ki, o neftin başındakı adamdı, iddia olunurdu ki olimpiya komitəsinin sədridir, iddia olunurdu ki baş nazirdir. Ancaq o Azərbaycanda yaşamırdı. O Moskvada yaşayırdı ya da ki Kipirdə türk artistləri ilə kef məclislərində idi və bu adam toplumdan qopuq idi. Ancaq bu günlərdə deyə bilərik ki artıq o neçə illərdir ölkəni idarə edir və buna görə də özündə güvən yaranıb.  O bu gün ki təşkilatlanmış xalqdan qorxduğu üçün deyil tam mənası ilə ölkədə hər şeyi ələ keçirdiyi və öz kontrolunda aldığı üçün (məsələn iqtisadiyyat yoldaşının ailəsinin kontrolundadır, siyasət, məhkəmə deyə bir şey buraxmamış)  qorxmadan xalqın arasına enir. Sovetlər vaxtı biz Heydər Əliyevi görərdik ki o rayonlara gedər xalq ilə şəkillər çəkdirərdi. Reform budur yəni İlham Əliyev də Heydərləşmə baş verir və Heydərləşmə İlhamdan çox daha təhlükəlidir.   (Toğrul İSAOĞLU)