Şənbə Söhbəti: Azərbaycan Yanır Söndürən Yoxdur

  • Azərbaycanda sığorta sistemi işləmir. Bu bir nəticədir. Səbəbi isə ondandır ki, Azərbaycanda rəqabətin olmaması, dövlətin hər şeyə qarışmasıdır.  (Toğrul İSAOĞLU)
  • Bu gün Azərbaycan dövlətində dövlət idarə etmə sistemi, Bakının, rayonların idarə etmə sistemi məhz elə bir formada qurulub ki, vətəndaşdan zərrə qədər də asılılığı yoxdur. Bu gün Azərbaycanda guya vətəndaş prezidenti seçir və prezident rayonlara icra başçılarını təyin edir. Bu icra başçısını kim təyin edirsə həmin icra başçısı həmin onu təyin edən insandan asılı olur və ona hesabat verir. Onu xalq təyin etmədiyi üçün xalq qarşısında heç bir məsuliyyət daşımır. (Nahid CƏFƏROV)
  • Azərbaycanda bir gün boyunca bütün işıqların sönməsi, binalarda, neft burğularında yanğınların baş verməsi fərdi müstəvidə olan səhvlər deyil sistemin doğurduğu problemlərdir. Biz bu sistemə qarşı sistematik mübarizə aparmalıyıq. Sistematik mübarizəni isə təşkilatlanmış formada aparmaq lazımdır. Təşkilatlanmaq üçün isə Oyan Hərəkatının saytında yerləşdirilmiş  üzvlülük formasını doldurmaq ilə başlaya bilərsiniz. (Nahid CƏFƏROV)
  • Biz Oyan Hərəkatı olaraq ölkəni məhv edən Heydərizmə qarşı Liberalizm dəyərləri deyirik. (Nahid CƏFƏROV)
  • İnqilab hakimiyyətin deyil sistemin dəyişməsidir. (Nahid CƏFƏROV)
  • Əgər bir ölkəni məsələn Azərbaycanı işğal etmək istəyəndə ilk öncə şəxsi mağarlardan savayı heç bir dəyəri olmayan və dəfələrlə sovetləri, Azərbaycanı satmış birini Azərbaycanın başına gətirsən. Sonra bu adamın əli ilə ölkədəki bütün institutlarını dağıdırsan və ölkədə nə qədər savadlı insanlar varsa hamısını ölkədən didərgin salırsan.  Artıq ölkə işğala hazırdır ki, Azərbaycanın hazırkı vəziyyəti belədir. (Toğrul İSAOĞLU)
  • Dövlət insanın azad və xoşbəxt yaşadığı yerdir. Əgər insan öz ölkəsində azad və xoşbəxt yaşamırsa və azad və xoşbəxt yaşamaq üçün başqa bir ölkəyə gedirsə onda o dövlət deyil və dövlətlikdən çıxmışdır. (Toğrul İSAOĞLU)
  • Bir ev düşünün ki, təməlləri çürükdür. Bu evi təmir etməklə üstünə böyük bir bina tikmək olarmı? Reform dedikləri də sadəcə təmirdir. Bu reformlar ilə sadəcə bu sistemin ömrünü uzadarlar. Biz reform deyil dəyişiklik deyirik.  Yəni evin təməllərini yenidən atmaq. Bunun üçün də gəlin Oyana qoşulun və sosial ədalət və azad cəmiyyət üzərinə dövlətimizi yenidən quraq. (Toğrul İSAOĞLU)
  • Sosial ədalət üçün hamının start xəttinin eyni olması lazımdır. Bunun üçün də dövlət bütün vətəndaşlarının mükəmməl şəkildə təhsil almasına şərait yaratmalıdır.  (Nahid CƏFƏROV)
  • Azərbaycanda sadəcə siyasi məhbuslar deyil minlərlə haqsız şəkildə həbs edilmiş insanlar vardır. (Toğrul İSAOĞLU)
  • Oyan Hərəkatı mitinq istəyir və Oyan Hərəkatı inanır ki, ölkədəki hakimiyyət mitinqlə gedəcək amma təşkilatlanmış xalqın ideoloji müstəvidə bütün ölkə boyu mitinqə çıxarsa.
  • Üç Azərbaycanlı iş adamı bizə dəstək bizə dəstək verdi və biz Düşün TV-ni yaratdıq və idarə etməsini də verdik Azər Kazımzadəyə. Bu TV-ni yaratmaqda iki məqsəd var idi. Birinci məqsəd bütün Azərbaycana və Azərbaycan müxalifətinə göstərmək istəyirdik ki, müstəqil media bu cür olur. Həmin mediada bizə qarşı ittihamlar səslənirdi və həmin mediaya Azərbaycanda siyasətində elə bir insan olmadı ki  çıxa bilməsin. Biz bu günə qədər bir dəfə də olsun Azər Kazımzadəyə demədik ki filankəsi efirə çıxart filankəsi çıxartma. Çünki bu liberal dəyərlərə ziddir. Təsəvvür edin adını qoyublar Azadlıq qəzeti amma işləri Azərbaycan Xalq Cəbhəsini reklam etməkdir.  (Nahid CƏFƏROV)