Türkiyədəki son seçki hekayəsi bizə onu göstərdi
ki güclü təşkilatlanmaq, təcrübələrdən istifadə etmək, təkrara girmədən hərəkət
edib strateqik qərarlar vermək lazımdır. (Toğrul İSAOĞLU)
Biz Türkiyə seçkilərində güclü təşkilatlanaraq səslərin
qorunduğunu gördük. REAL partiyasının səsləri qoruya biləcək güclü təşkilatı, strategiyası
varmı? REAL partiyası parlamentdə 5 yer alaraq Azərbaycanda dəyişiklik edəcəyi
bir strategiyası varmı? REAL “ Mən seçkiyə girərək seçkini udacam” deyir. Bəs
bunu hansı insan resursu ilə edəcək? (Toğrul İSAOĞLU)
Azərbaycanda bütün müxalifət təşkilatların apardığı
strateji metodları ilə hakimiyyətin dəyişmə ehtimalı var. Bu ehtimal var amma
bu ehtimallar nə qədərdir bunu soraqlamaq lazımdır. Biz elə bir strateji istəyirik
ki, hakimiyyətin dəyişmə ehtimalı yüksək olsun. (Nahid CƏFƏROV)
Türkiyədə baş verən bu uğurlu seçki strategiyası
indiki Azərbaycanda baş verə bilər mi? Seçki
məsələsini təbliğ edən REAL partiyası Azərbaycandakı real vəziyyəti çox yaxşı
bilir. Mən inanmıram ki indiki vəziyyətdə Azərbaycandakı insanların seçkiyə qoşulmaqla
bu iqtidardan xilas olacaq. Seçki ilə Azərbaycanda
dəyişiklik ehtimalı həddindən aşağıdır. Ancaq Azərbaycanda oturan siyasi
partiyaların dəyişiklik üçün gedə biləcəyi başqa alternativ yolları varmı?
Seçkiyə qatılmaq REAL partiyası üçün təcrübə qazandıra bilər amma xalqın xilası
üçün bir şey gətirmə ehtimalı yox dərəcədədir. (Nahid
CƏFƏROV)
İndiki vəziyyətdə mitinqlər ilə hakimiyyətin dəyişmə
ehtimalı həddindən çox aşağıdır. İndiki vəziyyətdə təyin olmuş mitinqə yüz minlərlə
insanın qatılması tam bir xaos meydana gətirər. Çünki bu mitinqi təşkil edən
insanların bu mitinqi idarə edə biləcək nə potensialı nə də mexanizmi yoxdur. (Nahid
CƏFƏROV)
Biz deyirik ki indiki vəziyyətdə seçki və
mitinqlə dəyişiklik həddindən artıq aşağıdır. Bunu hiss edərək və ya istər REAL
partiyası istər AXCP-yə bir qərəzim olduğu üçün demirik. Bizim heç bir siyasi partiyaya qərəzimiz yoxdur.
Siyasi yaddaş deyə bir şey var. Əvvəllər
parlament də Müsavat partiyası və AXCP var idi. Nə dəyişdi? Bizim məqsədimiz nədir?
İndiki bu sistemdə bir vaxtlar parlamentdə
olan AXCP və Müsavat partiyaların yerini REAL partiyasının gəlməsini istəyirik? Onsuzda
indiki iqtidara maraqlıdır ki parlamentdə müxalifət partiyalardan iki-üç dənə millət
vəkili olsun. (Toğrul İSAOĞLU)