Şənbə Söhbəti: Demokratik Dəyişikliyi Kim Edəcək?

  • Bizim cəmiyyət hələ demokratiyaya hazır deyil. Çünki avtoritar rejimlər həmin cəmiyyətin məhsulu olur. Demokratiya qanunun aliliyi deməkdir amma bizim cəmiyyətin təəssüflər olsun ki, demokratiya ilə bağlı təcrübəsi yoxdur.  Məsələn yaxın vaxtlarda bir qızcığaz intihar etdi. Bu qızcığazın intiharı ilə bağlı baş vermiş bütün qanunsuzluq və problemlər qaldı kənarda başlandı qızın şəxsi həyatı ilə bağlı danışılmaya.  Demokratiyanın nə demək olduğunu bildikdən sonra bəlkə heç demokratiyanı istəmədik. Demokratiya qanunun aliliyi demək olduğu üçün məsələn sən qırmızı işıqda keçə bilməyəcək, rüşvət ala bilməyəcək, yüksək səs ilə musiqiyə qulaq asa bilməyəcək, evində qonşunu narahat edəcək səs tonu ilə danışa bilməyəcəksən. Ona görə də biz ilk öncə bilməliyik ki demokratiya nədir və ondan sonra onu istəməliyik.  (Nahid CƏFƏROV)
  • Demokratiya sosial saziş deməkdir. Yəni insanlar bir araya gəlir və bor sosial saziş imzalayır və biz bu qanunlar ilə birgə yaşayacağıq deyir. Burada ortaya bir sual çıxır. Bəs qanunlar istənilən qanunlar ola bilər mi? Məsələn cinsi azlıq nümayəndələrin qanunlar ilə cəmiyyətdən təcrid edilməsi istənə bilər mi? Əlbəttə ki, bu edilə bilməz. Çünki bunu önləyəcək insan haqları bəyannaməsi var.  Orada bunların qarşısını alacaq şəkildə qanunlar var. (Toğrul İSAOĞLU)
  • Deyilir ki, Azərbaycanı idarə etmək üçün lazımı qədər insan resursumuz yoxdur. Tam əksinə bizim yetərincə insan resursumuz var. Təki dövlət də işləyəcək 300-400 min idarəçi və bunun üçün ciddi maliyyəyə ehtiyac olan sosialist idarəçilik deyil dövlət orqanları, nazirlikləri və dövlət departamentlərinin  minimalizmə edildiyi liberal  idarəçilik olarsan. (Toğrul İSAOĞLU)
  • Əgər biz Azərbaycanda liberal cəmiyyət yarada bilsək onda ciddi rəqabət olacaq və xalq da bu rəqabətdən faydalanacaq. (Nahid CƏFƏROV)
  • Bəziləri insanların beynini yumaq istəyir ki, əsasən dini qanunlar olmalıdır. Hansı dindən olur olsun fərq eləməz siz mənə dinin və digər tabuların təmin olunduğu üçün yüksəlmiş, inkişaf etmiş bir dənə dini cəmiyyəti göstərin. Bu mümkün deyil. Çünki sadə və sadəcə qanunun aliliyi təmin olduğu cəmiyyətlər yüksəlir və inkişaf edir. (Nahid CƏFƏROV)
  • Bir çox insan elə həmçinin Emin Milli düşünür ki, Azərbaycandakı problemləri kim həll edə bilər? Bu tamamilə yanlış bir düşüncədir. Bizdəki problemlərin kökündə yatan səbəb prezidentlik institutdur və bu institut ilə problemləri həll edə bilmərik. Ona görə də ölkədəki problemləri kim yox hansı sistem həll edə bilər biz məhz bunu danışmalıyıq. (Toğrul İSAOĞLU)
  • Bu gün sıravi Azərbaycanlı evində oturub düşünməlidir. Mən niyə iş tapa bilmirəm? Sən iş tapa bilmirsən çünki ölkədə iş yoxdur. Ölkədə niyə iş yoxdur çünki ölkədə rüşvət var.  Rüşvətin mənim işinlə nə əlaqəsi ola bilər? İnsanlar əlaqəni burada itirirlər. Ölkədə rüşvət olduğu üçün bizim ölkəyə investisiya gəlmir, rüşvət var deyə məhkəmə sistemi işləmir. Sənin milyonlarla pulun olsa gedib qanunun işləmədiyi  Afrika ölkəsinə bir manat bilə investisiya qoymazsan. Qoymazsan çünki bilirsən ki, orada qanun olmadığı üçün orada o pul batacaq. (Nahid CƏFƏROV)
  • Bu gün İlham Əliyevə qarşı İlqar Məmmədov, Əli Kərimli söhbəti olmamalıdır. Əgər biz problemlərin kökünü şəxslərlə əlaqələndirsək onda xalq da problemlərin kökünü sistem də deyil şəxslər də görəcək. Siyasi liderlər ehtiyacı doğru yaratmalıdır. (Toğrul İSAOĞLU)
  • Osmanlının sistemi çökməsəydi Atatürk qalib gələ bilərdi mi? Çar Rusiya sistemi çökməsəydi Məmməd Əmin Rəsulzadə qalib gələ bilərdi mi?  Əgər SSRİ çökməsəydi Elçibəy qalib gələ bilərdi mi? Əgər bu mexanizmlər çökməsəydi bir dəyişiklik olmazdı. Dəyişiklik etmək üçün tələb yaratmalı tələb yaratmaq üçün də ideologiya ortaya qoyulmalıdır. O cəmiyyətlər qalib gəlir ki, həmin cəmiyyətlər də tələb yaransın. Cəmiyyətin tələbi ilə sistemlər çökür.  Nəyə görə Stalini özünə rəhbər götürmüş və bizi işğal edən rejimin yəni kommunizmin ən aparıcı şəxslərindən biri olan Heydər Əliyev gəlib demokratik Azərbaycanın başına asanlıqla keçə bildi? Çünki biz demokratiyanın vacibliyini dərk edə bilməmişdik və bizdə buna tələb yox idi. Tələb olmayan cəmiyyətlərə nə satsan onu da götürər və Heydər Əliyev də cəmiyyətə öz istədiyi şeyləri  satdı. Yalnızca nə istədiyini bilən cəmiyyət də oyanış baş verir. Biz ona görə təşkilatımızın adını Oyan Hərəkatı qoymuşuq. (Nahid CƏFƏROV)