Türkiyədəki Bələdiyyə Seçkilərinə Dair Qısa Bir Analiz

Azərbaycan xalqının əksəriyyəti  Türkiyədəki siyasi prosesləri çox yaxından izləyir. Bu da təbii haldır. Çünki Türkiyə ilə həm qardaş ölkə həm qonşu olmaqla yanaşı tarixi bağlarımız çox dərindir. Eyni zamanda iqtisadi bağlarımız da istənilən səviyyədə olmasa da genişdir. Türkiyədəki bu siyasi proseslər bizim insanlarımız da xeyli dərəcədə bəzi fikirlər formalaşdırır. Gəlin Türkiyənin siyasi tarixinə böyük damğa vurmuş son İstanbul Böyük Şəhər Bələdiyyə (İBB) seçkiləri üzərinə bir qədər analizlər edək. Analizlər edərkən bu prosesləri öz ölkəmiz də olan siyasi proseslərlə qarşıladırıb müqayisə edək.

Əvvəlcə onu qeyd edim ki, Türkiyədə Ərdoğan və dolaylı olaraq Ak partiya  əleyhdarı xeyli insan var. Buna başqanlıq sisteminə keçid üçün keçirilən referendum və axırıncı prezidentlik seçkilərində əyəni bir şəkildə şahidi olduq. Ancaq bu Ərdoğan əleyhdarı olan bu kütlənin çoxu sol partiya tərəfdarları olmaqla həm sol həm  sağ həm mühafizəkar siyasi görüşə malikdir. Yəni qısacası fərqli siyasi görüşlərə malikdirlər. Burdan yola çıxaraq da deyə bilərik ki, keçirilən axırıncı bələdiyyə seçkilərində bu fərqli siyasi görüşlərə malik AK partiya əleyhdar elektrodların hamısını birləşdirmək və onlardan səs yığa bilmək üçün siyasi görüşləri arxa plana çəkməli idilər. Bunun üçün də bu seçici kütləsinin hamısına yaxın olmaqla siyasi görüşü arxa planda tutan profilə sahib namizədlər olmalı idi. CHP və İYİ Parti-də yəni Millət İttifaqı bunu nəzərə alaraq bir çox yerdə hətta öz partiya profillərinə bir qədər hətta xeyli dərəcə fərqli olan namizədləri irəli sürdü. Bu siyasi görüşləri arxa planda tutub səs toplaya biləcək namizədlərdən savayı başqa bir şeyə də ehtiyac var idi. Çünki bu kütləni birləşdirmək və onlardan səs yığa bilmək üçün siyasi düşüncəsini xeyli dərəcədə arxada qoyan uyğun profilə sahib namizədlər bəs etməyə bilərdi.  Bunun üçün də təbii olaraq elektrodlarda bütün siyasi görüşləri daha da arxa plana salacaq “Qucaqlaşmaq”, “Barışmaq” strategiyası irəli sürüldü. Burada sətir arasında onu da qeyd etmək istəyərdim ki, xüsusən də ilk seçkidə İstanbulu qazanan E. İmamoğlunun apardığı bu strategiyanın Azərbaycanda da fayda gətirəcəyini düşünən bəzi siyasi fəallarımız da “barışaq, qucaqlaşaq”, “sevgi qalib gələcək” kampaniyasına başladılar. Ancaq bildirmək istəyirəm ki, E. İmamoğlu AK Partiya hakimiyyəti ilə deyil indi də olduğu kimi siyasi düşüncəsinə görə aralarına xeyli məsafə girmiş siyasi partiya elektrodlarının bir biri arasında qucaqlaşması, barışması barəsində kampaniya aparırdı. Daha bizimkilər kimi, YAP partiyası hakimiyyəti ilə deyil. Əsas mövzuya qayıdacaq olsaq biz başqanlıq sisteminə keçid üçün keçirilən referendum da bir şeyə daha şahid olduq ki, bu fərqli siyasi görüşə sahib AK partiya əleyhdarı kütlənin hamısı tək başına seçkini qazanmağa bəs eləmir. Yəni seçkini qazanmaq üçün AK partiya əleyhdarı olan kütlənin hamısından səs toplamaqla bərabər bir qədər AK partiya seçicisi olan kütlədən də səs almaq lazım idi.

Siyasətdə belədir ki, hakimiyyətdəki partiyaya alternativ namizəd seçiciyə nə edəcəyini, necə yeniliklər gətirəcəyini konkret olaraq bildirməz və ona səs verdiyi təqdirdə gələcəyinin necə olacağını konkret olaraq görməz isə onda hakimiyyətdə olan partiyanı istədiyin qədər pisləsin, onun xətalarını dilə gətirsin o yenə də hakimiyyətdəki partiyaya səs verəcək. Bunu normalda həyatımıza da belədir. Məsələn bir dostunuza birgə iş görmək təklif edin. Dostunuzun sizə ilk “Bu işdən nə qədər qazanacağıq?” sualından əvvəl “Bu işdə zərər etmə riski nə qədərdir?” sualını verəcək. Əgər sən dostunu bu işdən zərər görmənin çox aşağı olduğuna inandıra bilməzisən ona onsuz hazırdakı vəziyyətinin çox ağır olduğunu dəfələrə dilə gətirsən də dostun o işə səninlə birgə girməyəcək. Çünki insanlar hər vaxt əvvəlcə əlində olanı qorumağa çalışar. Bir insan gedəcəyi bir yolla, edəcəyi bir işlə, verəcəyi qərarla və s. əlində olanı itirmə təhlükəsi hiss etsə onda ilk edəcəyi iş gedəcəyi o yoldan dönmək, edəcəyi o işdən geri çəkilmək, verəcəyi o qərardan geri dönmək olacaqdır. 

Xüsusən də İstanbul bələdiyyə başqanlığına namizəd olan E. İmamoğlu seçki kampaniyası boyunca bu strategiyanı tətbiq etdi. Yəni AK partiyanın hamının bildiyi keçmişdə elədiyi o xətaları, səhvləri, rüsvayçılıqları (Bunları burada sadalamağa ehtiyac yoxdur çünki siz də bilirsiz) dilə gətirmək, seçiciyə buları danışmaq əvəzinə o seçicilərə konkret olaraq vəziyyətdən çıxış yolları, gələcək və gələcəkdə nələr edəcəyi haqda bəhs elədi. AK Partiya da öz keçmişlə bağlı səhvlərinin (Məsələn Fetö məsələsi) dilə gətirməsini və seçkinin bu kampaniya dolaylı olaraq öz keçmiş üzərinə getməsini istəyirdi. Çünki seçici onsuz da bunların hamısını bilə-bilə başqa daha yaxşı bir alternativ olmadığı üçün özlərinə səs vermişdi.  Ən əsası da bununla vəziyyətdən çıxış yolları və daha yaxşı gələcək üstünə aparıla biləcək kampaniyanın qabağını almış, “Mən nə qədər pis olsam da ən azından bunlardan yaxşıyam və heç olmazsa sizin əlinizdə olanın qorumanız üçün təminatam” mesajını vermiş olacaqdı. Ancaq Ekrəm İmamoğlu keçmişə bir kənara qoyub tamamilə hazırkı  vəziyyətdən konkret çıxış yolları və ən əsası da gələcəklə haqda danışdı. Bununla da AK partiyasının siyasətini bəyənməsə də daha yaxşı bir alternativ olmadığı və əlində olanı qorumaq üçün məcburən AK partiyaya səs verən xeyli elektrodu öz tərəfinə çəkməsinə nail oldu. Seçkini də məhz əsas bu strategiyası ilə qazandı.

İndi burada bir qədər öz ölkəmizdəki müxalifət simasında olan partiya və quruluşlar siz nə vaxta qədər xalqımıza konkret çıxış yolları və gələcək haqqında danışmaq əvəzinə YAP hakimiyyətinin absurd xətalarını haqqında danışmaqla məşğul olacaqsınız?