DÜNƏN DEBAT HARAM İDİ BU GÜNÜN HALAL- VİDEO

  • Bu həftə maraqlı debatlar oldu. Bu debatlar nəticəsində maraqlı  faktlar ortaya çıxdı. Məsələn ortaya çıxdı ki, REAL partiyası qeydiyyata alınmayıb. Həmçinin Natiq Cəfərli  “Ölkədə nə vaxtı demokratik seçki keçiriləcək isə?” dedi. Yəni burada Natiq Cəfərlinin də seçkinin demokratik olmadığın qəbul etdiyini görürük. Bunlar bu həftənin maraqlı məqamları idi.
  • Daha maraqlı olan şey isə bizlər Oyan Hərəkatı olaraq bir il əvvəl “İnsanlar debatlar ilə fikir mübadiləsi aparmalıdır ki, inkişaf olsun və iqtidar yolunda dəyişiklik edək bilək” deyirdik.  Bizim məramımızdan biri də azad cəmiyyətdir  ki, debat da azad cəmiyyətin bir parçasıdır.  Ona görə bir parçasıdır ki, debat, fikir mübadiləsi olmadıqda həqiqətlər ortaya çıxa bilməz.
  • Bu debatlar sayəsində cəmiyyət AXCP və REAL partiyası arasındakı düşüncə, mövqe fərqini daha yaxşı görməklə yanaşı AXCP ilə REAL partiyasını ortaq məxrəcə gəlməsinə səbəb olacaq.  Onu da qeyd edim ki, bu günə qədər olan debatlardaki arqumentləri o qədər də sağlam görmədim lakin indilik bu haqq da dansımayacan. 
  • Oyan hətəkatı ilk vaxtlar debatlardan bəhs edəndə hamı elə başa düşürdü ki, biz yenidən Amerika kəşf etmək istəyirik. Ancaq halbuki biz Amerikada olanı Azərbaycanda tətbiq etmək istəyirdik. Məsələn Amerikada partiya içi debatlar olur ki, açıqcası biz Azərbaycanda bunu da görmək istəyirik. 
  •  Oyan Hərəkatı olaraq ona görə tənqiddən yanayıq ki, biz daima bizi tərifləyən, xoş sözlər söyləyən insanlar ilə bir araya gəlsək, çıxdığımız efirlər də  həqiqi jurnalist tərəfindən suallar atəşinə tutulmaq yerinə gözəlləmələr eşitsək öz zəif tərəflərimiz görə bilmərik. Biz siyasətçilərin jurnalist tərəfindən suallar atəşinə tutulması yerinə bu jurnalistlərin o siyasətçilərə gözəlləmələr deməsini də ona görə tənqid edirik ki, partiyaların mediası olmamalı və media hər kəsə qarşı bərabər məsafədə, tərəfsiz olmalıdır.
  • Debatlar nəticəsində Avropa nələrə qadir oldu? Qalileo dünyanın kürə şəklində olduğunu dediyində onu müzakirəyə açılması, bu mövzuda danışılması və fikir mübadiləsi olmasını istəməmiş idilər. Bunun üçün də Qalileo od da yandırdı. Əgər bir mövzuda danışılması sənə sərf etmir isə o mövzu da danışılmasın və o mövzu da danışırsansa sən agentsən demək çox böyük yanlışdır. Avropanın o dönəminə yəni Qalileo dönəminə baxdıqda inkişaf olmadığı görərik. O vaxtı inkişaf oldu ki, məsələn dindar insanlar ilə ateist insanlar bir biri ilə fikir mübadiləsi etməyə başladı, bir birlərinə qarşı arqument irəli sürməyə başladı. İnkişafın nəticəsində də inovasiyalar ortaya çıxmaya başladı. Məsələn yerin kürə şəklində olduğunu qəbul etməyən bir dünyada digər fizika qanunları ortaya çıxmasını biz necə görə bilərdik?
  • Bu gün Azərbaycanda de-fakto bir vəziyyət var. Hər kəs öz dediyini qəbul etdirməyə çalışır. Məsələn bir qisim deyir ki seçki olmalıdır bir qisim deyir ki mitinq olmalıdır məhz biz də Oyan Hərəkatı olaraq deyirik ki böyük kütləvi itaətsizlik aksiyaları üçün təşkilatlanmış güclü cəmiyyətə çevrilməli və sonra addımlar atmalıyıq. Bu fərqli fikirləri siz ancaq monoton şəkildə görsəniz ortaya nə çıxacaq? Məsələn siz davamlı şəkildə Oyan Hərəkatının yayımlarına baxsanız fərqli fikirlər görə bilməsiniz. Burada əsas məsələ odur ki, bu fikirlərin arasındakı fərqlər ortaya çıxmalı və bu fərqləri ortaya çıxardacaq platformaların olmalıdır.
  • Debat eyni zamanda tolerantlıqdır. Məsələn Volta “Mən sənin dediyin sözlərdən iyrənirəm. Ancaq o sözləri demən üçün mən canımdan da keçərəm” demişdir. Bu çox önəmlidir. Bizə bir birimizin fikirləri iyrənc gələ bilər. Məsələn mən sosializm fikirlərinə qarşı qəti şəkildə fikirlərim var ancaq sosialistlərin söz azadlığı üçün mən də mübarizə apararam. Bu bir liberal yanaşmadır. Biz bir birimizin səsini kəssək onda bu iqtidardan nə fərqimiz var?