ŞƏNBƏ SÖHBƏTİ: DAXİLİ İŞLƏRİMİZ

  • Müəllimlərin maaşının qaldırılması ilə bağlı müzakirələr gedir və müəllimlərin maaşlarının qaldırılması ilə təhsil sistemindəki problemlərin aradan qaldırıla bilinəcəyinə inanılır. Buradan biz görürük ki, təhsil ilə bağlı məsələyə səthi olaraq yanaşılır. Hətta deyə bilərik ki, bu çox absurddur. Əsasən müəllimlərinin maaşlarını artırılmasından əlavə təhsil sistemində dəyişiklik olmalıdır. Bəli, müəllimlərin maaşları azdır lakin bu sistem də maaşlar nə qədər artırılsa da məsələ kökündən həll tapmayacaq.
  • Bir digər mövzu hamıya məlum məsələdən dolayı keçmiş siyasi məhbus Fuad Qəhrəmanlı AXCP sədr müavinliyi vəzifəsindən istefa verməsidir. Bir çoxları “Sadəcə istefa deyil AXCP üzvlüyündən çıxmalı hətta siyasətdən getməlidir” deyir. Yaxşı deyək ki, Fuad Qəhramanlı üzvlükdən çıxdı. Bəs sonra nə olacaq? Bunun özü də ciddi bir problemdir. Bu insan diktator bir sistem də həyat da qala bilməsi üçün özünə ancaq iqtidar mövqeyində yer tapa ya da ki, siyasi mühacir kimi ölkədən çıxa bilər. Yəni Azərbaycan da bu insanın siyasətdən getməsi üçün bir qapı varmı ki, siyasətdən getdikdən sonra özünə bir iş tapıb yaşamaya davam eləsin? Bunun da danışılması da lazımdır.
  • Bəli, istefa etməsi bəs eləməz Fuad Qəhramanlı siyasətdən getməli və ölkədə normal iş tapa bilib yaşaya bilməyək üçün mühacirətə çıxmalıdır. Ancaq onu da qeyd edək ki, özünə hörmət edən heç bir Avropa ölkəsi qadına şiddət etmiş Fuad Qəhramanlını siyasi mühacir kimi qəbul etməz. O ancaq Rusiya və Türkiyə kimi ölkələrə gedə bilər.
  • Azərbaycanda dövlət terroru var və bu terror sadəcə siyasilərə, müxalifətçilərə deyil normal vətəndaşlara qarşı da var. Ancaq İlham Əliyev bu məsələ üçün Avropaya bu bizim daxili məsələmizdir və siz buna qarışa bilməzsiz və biz sizinlə ancaq neft kontraktı, biznes, ixracat kimi məsələlər ilə danışa bilərik. Digər tərəfdən də bu rejimə qarşı mübarizə aparan müxalif düşərgə və eləcə də AXCP içində olan yüzlərlə insan deyir ki, Fuad Qəhramanlı məsələsi ailə içi məsələdir və buna qarışa bilməzik. Bəs burada nə fərq var? Bu onu göstərir ki, biz nə üçün mübarizə aparırıq bilmirik. Bir tərəfdən ailənin daha böyük modeli olan dövlətin vətəndaşına qarşı etdiyi dövlət terroruna qarşı çıxırlar digər tərəfdən isə ailə içi şiddət məsələsinə biz qatışa bilməzik deyirlər. Bu iki üzlülükdü. Siz demokratiya, ədalət və insan haqları deyirsiniz. Bəs insana şiddət insan haqları tapdalanması deyil? Biz insana qarşı şiddətə qarşıyıq. İstər ailə içində olsun istər dövlət içində. Bəlkə biz elə mübarizəyə dövlətdən gözədiyimiz şəfqəti öz ailə üzvlərimizə qarşı göstərərək başlayaq?
  • Burada diqqət etdisəniz keçmiş siyasi məhbus Məhəmməd İbrahimin “Mən Fuad bəyi dəstəkləyirəm” deməsinə baxmayaraq onun oğlu Toğrul İbrahim atasına qarşı çıxaraq “Fuad Qəhramanlı istefa etməlidir” dedi. Bu onu göstərir ki, bizim dediyimiz kimi Azərbaycanda köhnə nəsil ilə yeni nəsil arasında bir mübarizə var. Bu AXCP içində də var. Buradan köhnə nəslə demək istəyirəm ki, sizin tələbləriniz ilə yeni nəslin tələbləri tamamilə fərqlidir və sizin tələbləriniz yeni nəslə bəs etmir. Bu səbəbdən də yeni nəsil meydanlara çıxmır.
  • Ailə içində qərarlar birgə alınmalı, hamı bir birinə hörmətlə yanaşmalı, şəfqət göstərməlidir. Ancaq sən qadına, uşağa şiddət edirsən, döyürsən sonra da deyirsən ki dövlət bizə şiddət edir, ölkədə demokratiya yoxdur. Siz belə demokratsız? Sizin ölkəyə belə demokratiya gətirəcəksiniz? Əgər sizin demokratiyanız bu isə, səs çoxluq ilə seçilmək isə batsın sizin demokratiyanız. Biz Oyan hərəkatı olaraq elə buna görə də deyirik ki, demokratiya bəs etməz bizə liberal demokratiya lazımdır.