ŞƏNBƏ SÖHBƏTİ: AİLƏMİZDƏKİ TABULAR

  • Taleh Bağırzadənin yoldaşı Leyla xanıma cinayət işi açıldı. Bu artıq Azərbaycandakı siyasi məhbuslara qarşı ifrat bir yanaşmadır və buna dur demək lazımdır. Onsuz da siyasi məhbuslar haqsız yerə məhbusdadır və artıq onların ailələrinə qarşı haqsızlıq edirlər. Bunu etmə səbəbləri isə diniş həssaslığı  olan insanları küçələrə çıxardıb Avropaya  “Baxın Azərbaycan xalqı demokratiyaya hazır deyil” desinlər. Çox təəssüflər ki, bunu yəni Azərbaycan xalqının demokratiyaya hazır olmadığın bir çox dostlarımız da deyir lakin Azərbaycan xalqı demokratiyaya hazırdır. Demokratiya bir prosesdir və buna başlamaq lazımdır.
  • İnam Kərimov “AXCP-Müsavat partiyası zamanı əkin sahələri məhv edilib və bu barbarlıqdır” deyib.  . Bir illik hakimiyyət dövrünə bütün günahları yıxmaq bu artıq gülünc bir şeydir. Sizlər məhz bu məhvin Sovet zamanı Heydər Əliyev ilə birgə başladığın və digər günahları boynunuza almalısınız
  • 10 nəfər əsgər şəhid olub baxmayaraq ki, Müdafiəyə nazirliyi buna itkin deyirlər ki, əsgərlik edən vaxtı hər nə səbəbdən olursa olsun mən buna şəhid deyirəm ki, məncə buna belə də baxılmalıdır.
  • Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub. Bu diktatura ölkəsində müxalifət olmanın gətirdiyi problemlərdir və biz həmişə deyirik ki, diktatura ölkəsində hakimiyyətin cızdığı alanda müxalifət edə bilirsən ki, hakimiyyətin xoşuna gəlməyəndə müxalifət üzvlərini həbs edə bilər, ölkədən çıxışına qadağa qoya bilər, işgəncələr verə bilər  ki, bu yaxında məhbusların karsa salınaraq necə işgəncələr verildiyin eşitdik. Bu da bizim bu rejimə diktatura deməmizdə nə qədər haqlı olduğumuz göstərir.
  • Bu gün ki, Azərbaycan ailəsi Azərbaycandakı rejimin bir yansımasıdır. Biz də çox təəssüflər olsun ki, ata ərkil bir sistem var. Yəni ailə də kişilərin daha qabaqda olduğunu görürük.
  • Azərbaycanda kişi işləməli qadın evə baxmalıdır müqəddəs tabulardan biridir ki, bu çox yanlışdır. Ona görə yanlışdır ki, qadının evdə gördüyü yemək bişirmək, ev təmizləmək, qabları, paltarları yumaq, uşaqlara baxmaq və s. işlərin maliyyəti kişilərin işləyib evə gətirdiyi puldan qat-qat daha çoxdur. Buna görə də qadına “Mən işləyib evə pul gətirirəm sən də evdəki işlərə bax” demək düzgün deyil. Onun üçün də burada paylaşım olmalı və dövlət də qadınların iş həyatındakı sayını artırmaq üçün dəstək olmalıdır. Belə olmadıqda ailə içində təzyiqlər, dartışmalar, ailə içi şiddət, boşanmalar meydana gəlir. Biz bunun üçün biz liberal bir cəmiyyət yaratmaq istəyirik ki, buna ailədən başlamaq lazımdır.
  •  Azərbaycanda ailə içində qərarları əsasən kişilər alır. Yəni evə pulu kim gətirirsə o qərar verir ki, bu böyük bir yanlışdır. Ailə içində qərar verilirkən hətta uşaqlar daxil olmaqla hamının fikri alınmalı, məsləhət edilməli və ondan sonra qərar verilməli.  Yox əgər ailə içində güclü qərar verəcəksə onda cəmiyyətdə də hamı adına qərarları güclülər verəcək. Onun üçün də biz demokratiyaya evdən başlamalıyıq. 
  • Elinanın intihar hadisəsində məktəb müdirəsinin “ Onsuz da anası da yüngül qadın idi və boşanmış idi” dediyi bir söz var idi.  Belə bir yanlış yanaşma var ki, boşanmaq ancaq qadın tərəfinə pis təsir edir, onun adı çıxır. İnsanlar evlənə də bilər, boşana da bilər. Bu toplumun bir reallığıdır. Lakin Avropadan bir örnək verərək diqqətinizi bir nöqtəyə cəlb etmək istəyirəm. Avropadan məhz boşanmış qadınlar uşaqlarına baxa bilirlər. Onlara təhsil də verə bilir, bütün ehtiyaclarını da qarşılaya bilirlər. Lakin Azərbaycanda belədir mi? Əgər ancaq kişilər işlər və onların iş karyeri olarsa təbii ki, boşanma qadınlara pis təsir edəcək. Buna görə də ailə də qadınlar işləsin istəmirlər ki, onların iqtisadi azadlığı olmasın və ailədə qula çevrilsin, kişi onu aldatsın. Bunu üçün də qadınlar da işləməli, karyeri olmalı və fərdi iqtisadi azadlığı olmalıdır.
  • İstər solçu istər liberal istər mühafizəkar və s. tərəfdən baxaq kişi aldada bilər ancaq qadın aldadan da bu namus məsələsidir düşüncəsi yanlışdır. Namus hər iki tərəfli olmalıdır hər nə qədər mən bir liberal olaraq namusu cinsi əlaqə deyil verilən sözün tutulması, vicdan və s. olaraq görsəm də.
  • Azərbaycanda  uşaqları öz mülkiyyətləri kimi görən absurd bir anlayış var. Yəni uşaq mənimdirsə onun nə düşündüyü deyil mənim nə düşündüyüm önəmlidir və onun  gələcəyi haqqında qərarları da mən verərəm anlayışı. Belə ailə strukturu olan yerlərdə diktatura rejimi olması heç də təsadüfü deyil. Biz demokratik bir cəmiyyət görmək istəyiriksə ilk əvvəl ailə içində bunu qurmalıyıq ki, bu sonradan cəmiyyətə də nüfuz edəcək.
  • Azərbaycanda valideynlərin davasını uşaqların görməsini normal qəbul edilir. Lakin biz yaxın bir vaxt da gördük ki, illər keçsə də  bu uşaqlarda ciddi travmalara səbəb olur. Ona görə də valideynlər uşaqların yanında mübahisə etməmək lazımdır.  Deyə bilərsiz ki, OYAN Hərəkatı siyasi bir hərəkatdır və nəyə görə ailə içindəki tabu olan məsələləri danışır? Siyasət elmi ilə də fikirləşsək Azərbaycandakı problemlərin kökü gedib ailəyə dayandığını görərik. Biz ailəmizdəki gördüyümüz tərbiyəni cəmiyyətə yansıtırıq.
  • Azərbaycanda valideynlər uşaqlarına baxıb böyüdür və sonra da uşağın özünə baxmasını gözləyir. Yəni mən sənə bunu etdim, onu etdim və s. deyib uşağı özünün gələcəkdəki sığortası olaraq görür.
  • Azərbaycan da valideynin sən uşaqsan və təcrübəsizsən  deyib uşaqları yerinə bütün qərarları verməsi bu uşaqların gələcək də yetkinlik yaşına çatanda düzgün qərar verə bilməməsinə səbəb olur. Ona görə də buraxın uşaqlar səhv də olsa da özləri qərar versin. Hər səhv qərar bir sonrakı doğru qərar verə bilməsi üçün bir təcrübədir.  Ona görə də valideynlər uşaqlarının yerinə qərar verməyi deyil onlara körpəlikdən düzgün qərar verməyi öyrətməlidir.
  • Uşaqlarda fiziki cəza olması absurddur. Uşaq nəyi etsə mükafat alacaq nəyi etsə mükafat almayacaq şəklində tərbiyə edilməli. Əgər sən uşağın bacarığını ortaya çıxartmaq istəyirsən isə bunu qadağalarla deyil hədəflər qoymalı və bu hədəflərə çatığı zaman ona mükafatlar verməlisən. Bununla yanaşı qız uşağı ilə oğlan uşağının tərbiyəsində heç bir fərq olmamalı. Əgər olarsa bizim ölkədəki kimi bir cəmiyyət olar. Yəni qadınlara qul kimi baxılar.
  • Peşə seçimində cinsiyyətçi yanaşmaq yanlışdır. İstər qadın istər kişi bilik və bacarığına görə məslək seçməlidir. Biz cəmiyyət də dəyişiklik görmək istəyiriksə demokratiya sadəcə siyasi bir leksikon olmamalı və ilk ailə içindən başlayaraq həyatımızın bir parçası olmalıdır.
  •   Valideynlər uşaqlarına həyatın reallığını göstərmirlər.
  • Uşaqların başqa birinin sevməsinin qarşısı alınmamalı, uşaqlar sevgi ilə böyüdülməli. Əgər sevgi qarşısında dayanar uşağı məntiqi evliliyə məcbur etsək onda o uşaq evləndiyi kişi ilə necə yola gedəcəyini bilməyəcək. Belə olan təqdirdə də əqrəba evliliyi artacaq. Çünki uşaq daha yaxşı yola getsin deyə tanıdıq biri ilə evlənmək məcburiyyətində qalacaq. Hətta bunlar da Azərbaycanda bugün böyük problem olan tayfalaşmaya gətirib çıxarır.  
  • Vətən, millət sevgisi nifrət üzərində olmamalıdır. Məsələn sən vətəni sevirsənsə deməli erməniyə nifrət etməlisən şəklində olmamalı. Sevgi sən bu vətənə, millətə nə kömək edə bilərsən şəklində olmalıdır.
  • Bu diktator Əliyev rejimi bizə yad deyil. Çünki bu rejim bizim ailəmizdə var. Biz ilk öncə ailəmizdən çıxarsaq bu Əliyev rejimini daha sonra cəmiyyət olaraq içimizdən çıxarda biləcəyik. Ondan sonra fransızlar kimi nəyin bahasına olursa olsun azadlıqları tələb etməyi öyrənəcək, bir alman kimi iş əxlaqımız olacaq.  Biz ölkəmiz də, cəmiyyət də dəyişiklik görmək istəyiriksə demokratiya sadəcə siyasi bir leksikon olmamalı və demokratiya ilk ailə içindən başlayaraq həyatımızın bir parçası olmalıdır.